49 zəka sahibinin mübarizəsi yekunlaşdı

49 zəka sahibinin mübarizəsi yekunlaşdı



Respublika Şahmat Mərkəzində 2000-2001-ci il təvəllüdlü (14 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb. Yarışda 1saylı İOEUGŞDİM, 2 və 3 saylı UGŞİM-lər, 19 saylı UGİM, RİOEUGŞM, HRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 49 nəfər idmançı (17 nəfər qız) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilib. Yekun nəticələrə əsasən oğlanlar arasında 7,5 xalla Nail Bəşirli (1 saylı İOEUGŞDİM) birinci, Sadiq Ağayev (1 saylı İOEUGŞDİM, 7 xal) ikinci, Qurban Bayramov (RİOEUGŞM, 6,5 xal) üçüncü yerə layiq görülüblər.
Qızların mübarizəsində Nərmin Kərimzadə (RİOEUGŞM) 7 xal toplayaraq çempion adını qazanıb. Liderdən 2 xal az toplayan Nərmin Quluzadə (3 saylı UGŞİM) ikinci yerə layiq görülüb. Aktivində 4,5 xalı olan Ülkər Həsənzadə (RİOEUGŞM) üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, yarışda ilk 5 yeri tutan şahmatçılar mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.