Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə əldə edib.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyanın Eforie Nord şəhərində gerçəkləşənAvropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib.
Son turda heç-heçə oynayan qrossmeyster 8 xalla 8-ci yeri tutub. XIturu qələbə ilə başa vuranRead Səmədov da ilk "20-liy"ə daxil olub.
Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıblar.
Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda mübarizə aparacaq. Eyni zamanda, ilk "20-lik"də olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.
Qitə çempionatında Read Səmədov isakinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 əmsalı keçərək FIDE ustası (FM) adınıəldə edib.
Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda qazanıb. Azərbaycan təmsilçilərindənRauf Məmmədov da buna nail olub.