2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışlarına yekun vurulub.
Cəlilabad Olimpiya Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları da mübarizə aparıblar.
Finalda Cəlilabad komandası Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edərək zona yarışının qalibi olub.
Qeyd edək ki, zona yarışlarında ilk iki yeri tutan komandalar Azərbaycan birinciliyinə qatılmaq hüququ qazandı.