Təmsilçilərimiz Rəşt sınağında

Təmsilçilərimiz Rəşt sınağında

Martın 1-də İran İslam Respublikasının Rəşt şəhərində XI «Xəzər Open» beynəlxalq şahmat turniri keçiriləcək. 13 ölkənin iştirakı ilə keçirilən turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, İran, Rusiya, Ukrayna, Hollandiya, Latviya, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Əfqanıstanı təmsil edən zəka sahibləri bacarıqlarını nümayiş etdirəcəklər. İsveçrə sistemi üzrə keçiriləcək turnirdə yığma komandamız 48 şahmatçı ilə təmsil olunacaq. Məlumat üçün qeyd edək ki, turnirə martın 9-da yekun vurulacaq.