"Barcelona" klubunun əsas qapıçısı Mark-Andre Ter Ştegen uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başlayıb. Alman qolkiperin zədəsini tam sağaltdığı və fiziki vəziyyətinin yaxşı olduğu bildirilir.
Buna baxmayaraq, Ter Ştegen UEFA Çempionlar Liqasının qalan oyunlarında iştirak edə bilməyəcək. Buna səbəb, "Barcelona"nın ÇL-in əsas mərhələləri üçün onun yerinə Voyçex Şesnini siyahıya daxil etməsidir.
Bu vəziyyət La Liqa yarışlarında Ter Ştegenin əsas heyətə qayıtmasına şərait yaratsa da, Çempionlar Liqasında komandaya kömək edə bilməyəcək.