“Qızıl Qurd”dan ildırım sürətli qələbə – Bəhram Rəcəbzadə rəqibini ilk raundda məğlub etdi

“Qızıl Qurd”dan ildırım sürətli qələbə – Bəhram Rəcəbzadə rəqibini ilk raundda məğlub etdi

Azərbaycanın tanınmış kikboksçusu Bəhram Rəcəbzadə peşəkar rinqdə növbəti möhtəşəm qələbəsini qazanıb. O, “Glory 99” gecəsinin ikinci döyüşündə rinqə çıxaraq niderlandlı idmançı Brayan Douves üzərində inamlı qələbəyə imza atıb.

Peşəkar turnirin maraqla gözlənilən qarşılaşmalarından biri hesab olunan bu döyüş cəmi bir raund davam edib. "Qızıl Qurd" ləqəbi ilə tanınan idmançımız döyüşə olduqca fəal başlayaraq rəqibinə aman verməyib. O, B.Douvesi ilk raundda ardıcıl üç dəfə noqdauna göndərib və hakimin müdaxiləsi ilə döyüş vaxtından əvvəl dayandırılıb.

Bu qələbə Bəhram Rəcəbzadəyə “Glory 100” turnirinə vəsiqə qazandırıb. Növbəti döyüş isə iyunun 14-də Niderlandın Rotterdam şəhərində keçiriləcək.