Ferstappen yenidən zirvədə

Ferstappen yenidən zirvədə

Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi olan Yaponiya Qran-prisinin qalibi müəyyənləşib. Suzuka avtodromunda təşkil olunan mötəbər yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib olub.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq, “Maklaren” komandasının pilotları – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri bölüşüblər.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi bu ilin sentyabrın 19-dan 21-dək Bakı şəhər halqasında keçiriləcək.