FİA Karlosu cəzalandırıb

FİA Karlosu cəzalandırıb

“Williams” komandasının sürücüsü Karlos Sayns mədə narahatlığına görə Yaponiya Qran Prisində dövlət himninin səsləndirilməsi mərasiminə gecikdiyi üçün 10 min avro cərimələnib. Stüardlar tərəfindən bu məsələ tibb mərkəzindən və video görüntülərdən araşdırılıb. Pilotlara cümə günü bütün sürücülərə vaxtında gəlmək və Qran Priyə ev sahibliyi edən ölkənin dövlət himninə hörmətlə yanaşmaq barədə xəbərdarlıq edilsə də, sürücü mərasimə himn artıq başlayandan sonra gəlib. FİA-nın Beynəlxalq İdman Məcəlləsinə əsasən, belə pozuntu 60 min avro məbləğində cərimə edilir. Lakin Sayns gecikməsini mədə problemləri ilə izah etdiyi üçün məbləğ azaldılıb.