Formula 1-in kommersiya hüquqlarına sahib olan «Liberty Media» «Royal Races»i sata bilər. GPblog bu barədə The Times-a istinadən xəbər verir ki, sövdələşmə gələn il baş verə bilər. Qeyd olunur ki, «Liberty Media» Formula 1-in artan populyarlığı fonunda onu satmaq ideyasını nəzərdən keçirir, yeni zamanda gələcəkdə yarışlara olan marağın azala biləcəyindən ehtiyatlanır.
Xatırladaq ki, martın əvvəlində «Liberty Media»nın 2024-cü il üçün gəlirlərinin 3,65 milyard dollara yüksəldiyi bildirilirdi. Beləliklə, 2023-cü ilin göstəriciləri ilə müqayisədə onlar 14 faiz artıb.