"McLaren" pilotu Bəhreyn Qran-prisində birinci oldu

"McLaren" pilotu Bəhreyn Qran-prisində birinci oldu

Formula 1 üzrə Bəhreyn Qran-prisi başa çatıb. "Saxir" avtodromunda keçirilən yarışda "McLaren" komandasının avstriyalı pilotu Oskar Piastri birinci yeri tutaraq mövsümdə ikinci dəfə qalib gəlib. Bu, həm onun Formula 1-də 50-ci yarışında qələbəsi, həm də “McLaren” komandasının “Saxir”də qazandığı ilk birinciliyidir.

İkinci yeri "Mercedes" komandasının sürücüsü Corc Rassel əldə edib. Üçüncü pillədə isə "McLaren" pilotu Lando Norris qərarlaşıb.

Qeyd edək ki, Oskar Piastri yarış öncəsi keçirilmiş sıralama turunda da ən sürətli pilot olmuşdu. Bu nəticə ilə avstraliyalı gənc sürücü həm sıralama, həm də əsas yarışda parlaq performans nümayiş etdirərək mövsümə inamlı start verib.