İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək

İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfəbütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu”(“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq açıqturnirtəşkil olunacaq. Bütün yarışlarbeynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turuBakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. İyunun 18-25-i aralığında“Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda“Ganca Open”,19-26 noyabrda isə “Shirvan Open” keçiriləcək.

“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.