Aprelin 23-dən mayın 2-dək davam edəcək Şanxay avtosalonu ərəfəsində “Audi” şirkəti Çin bazarı üçün yeni brendi olan - “Audi”ni təqdim edib.
"Olimpnews.az" xəbər verir ki, şirkət brendin adındakı son hərfi “I” ilə əvəz edib. Brendin simvolizminə ənənəvi “Audi” bir-birinə qarışmış dörd halqası daxil edilməyib. Sadəcə onun adı böyük hərflərlə yazılıb. Elektriklə təchiz olunmuş avtomobil dörd variantda təqdim ediləcək. Onlardan ən güclüsü 579 kVt (787 at gücü) gücə malikdir və 100 km/saat üçün 3,4 saniyə kifayət edir. Audi E5-in güc ehtiyatı 770 km-dir. Eyni zamanda, ultrasürətli enerji doldurma sistemi sayəsində elektromobil 10 dəqiqə ərzində enerji ehtiyatını doldura bilir ki, bu da 370 km məsafəyə kifayət edəcək.