Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında üçüncü yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası günü iki bürünc medalla başa vurub. Komandamızın aktivinə növbəti medalları Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev qazandırıb.
Bununla da komandamızın Monteneqrodakı qitə çempionatında qazandığı medalların sayı dördə çatıb. Yarışın əvvəlki günlərində millimizin üzvlərindən Əhməd Yusifov (-60 kq) və Rəşid Məmmədəliyev (-73 kq) bürünc medal qazanmışdı.
Avropa çempionatının fərdi yarışlarına aprelin 26-da yekun vurulacaq.