Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışları sona yaxınlaşır.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın son üç üzvü tatami üzərinə çıxacaq. Təmsilçilərimiz kişilər arasında -100 kq, +100 kq və qadınlar arasında +78 kq çəki dərəcələrində mübarizə aparacaqlar. -100 kq çəki dərəcəsində Paris Olimpiadasının qalibi Zelim Kotsoyev 1/8 finalda Simeon Georgiadis (Yunanıstan) və ya Aristos Mixael (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Ağır çəkili idmançımız Uşanqi Kokauri (+100 kq) də isə 1/16 finalda polşalı Patrik Broneç ilə üz-üzə gələcək.
+78 kq çəki dərəcəsində Nigar Süleymanova isə 1/16 finalda gürcüstanlı idmançı Sofio Somxişvili ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatının əvvəlki günlərində dörd bürünc medal qazanıblar. Komandamızın üzvlərindən Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Olimpiya çempionumuz Paris-2024-dən sonra ilk sınağına çıxır
