Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) birgünlük Almatı turuna (Tour of Almaty) 1.1 kateqoriyasının verilməsi ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, cari ilin avqustun 3-də keçiriləcək nüfuzlu yarışda Pro Tur komandaları da iştirak edəcəklər.
Artıq təşkilatçılar "Tour of Almaty”da iştirak etmək üçün 20 komandaya dəvət göndəriblər. Bunların içərisində "Astana Pro Team”, "Katusha Team”, "Giant-Shimano”, "Movistar”, "Omega Pharma - Quick-Step” kimi dünya liderləri də var.
Diqqəti çəkən məqam Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project”in planetin ən güclü kollektivləri ilə mübarizə aparmaq üçün növbəti dəfə Astana turuna dəvət almasıdır. İştirakçılar birgünlük yarışda 186 km məsafə qət etməlidirlər.