“Synergy Baku Cycling Project” mövsümə Yeni Zelandiyada start verir
10:48 29.01.2014
9949
Azərbaycanın ilk peşəkar Kontinental velosiped komandası "Synergy Baku Cycling Project” 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı "Cycle Classic” veloyürüşü ilə start verir. Yanvarın 29-da start götürəcək 5 mərhələli yarışda 5 velosipedçimiz mübarizə aparacaq. Bunlar almaniyalı Daniel Kleme, Kristof və Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdur. Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi iştirak edəcək.