Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar 

Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar 

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə 2 cüdoçumuz tatamiyə çıxacaq. 
-60 kq çəkidə mübarizə aparan Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək. 
Digər cüdoçumuz Yaşar Nəcəfov (-66 kq) isə 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Yarış bu gün Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. 
Qeyd edək ki, üç gün davam edəcək  "Böyük Dəbilqə" turnirində 27 ölkədən 226 (123 kişi, 103 qadın) cüdoçu mübarizə aparır. Azərbaycan təmsilçiləri mötəbər turnirdə 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.