Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.
Olimpnews.az saytı xəbər verir ki, ilk yarış günü bir qızıl medalla yadda qalıb.
Yeganə medalı komandamızın aktivinə -60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev yazdırıb.
Yarışa 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Acıtı Dombuu (IJF), Anvaryon İbrahimov (Özbəkistan) və Arjunbold Enktaivana (Monqolustan) qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Tacikistan təmsilçisi Mehrzod Sufiyevə də qalib gələn Balabəy Ağayev qızıl medala layiq görülüb.
Bu gün mübarizəyə başlayan komandamızın digər üzvü Yaşar Nəcəfov (66 kq) isə bürünc medal uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinə məğlub olub.
Qeyd edək ki, mayın 4-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 27 ölkədən 226 (123 kişi, 103 qadın) cüdoçu mübarizə aparır. Azərbaycan təmsilçiləri mötəbər turnirdə 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur.
Balabəy Ağayev "Böyük Dəbilqə" turnirində qızıl medal qazandı
