Fevralın 1-də Braziliyanın Belem şəhərində şahmat üzrə "Paraense” turniri başlayıb. Yarışda qalib adı uğrunda 6 komanda mübarizə aparır.
Həmin komandalar arasında mərhum şahmatçı Vüqar Həşimovun adını daşıyan klub da var. Braziliyalı şahmatçılardan ibarət "Həşimov” klubu turnirdə "Kastanal”, "Fexpa”, "Horizontes”, "Peoses Passados” və "Militaries” komandaları ilə yarışır.
Qeyd edək ki, Vüqar Həşimovun adını daşıyan komandada Paulo Joao Mendes (2126), Rodriqo Çaves da Silva (2121) və Genaro Xose Melo de Amorim (2030) çıxış edir.
İlk turda "Həşimov” "Militaries” ilə görüşdə məğlubiyyət uğrayıb - 1:2. İkinci turda Vüqar Həşimovun adını daşıyan komanda "Peoses Passados” şahmatçılarına eyni hesabla uduzub. "Kastanal”la görüşdə də qələbəni əldən verən "Həşimov” (1:2), "Horizontes”lə görüşdə növbəti məğlubiyyətlə üzləşib. "Fexpa” ilə görüşdə də "Həşimov” xal qazana bilməyib.