Mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
"Olimpnew.az" xəbər verir ki, yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) qüvvəsini sınayacaq. Üç gün davam edəcək yarışda komandamız yalnız qadınların yarışında təmsil olunacaq. Belə ki, yığmamız turnirdə komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq. Komandamızın heyərində Könül Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq) və Fidan Əlizadə (-57 kq) tatami üzərinə çıxacaq.
Millimiz "Böyük Dəbilqə" turnirində üç idmançı ilə təmsil olunacaq
