Cüdo üzrə böyüklərdən ibarət milli komandamız Gürcüstanın Qori şəhərində təşkil olunacaq Avropa Kubokunda iştirak edəcək.
"Olimpnews.az" xəbər verir ki, Azərbaycan cüdoçuları turnirdə 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunacaq. Milli komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcək. Komandamzın heyətində kişilərin yarışında Babarəhim Mirzəyev, Murad Əliyev, Amin İsmayılov (hamısı -60 kq), Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Yelkiyev, Eltac Yusifli (hamısı -66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov, Qadir Hüseynov (hamısı -73 kq), Məhərrəm İmamverdiyev (-81 kq), Naim Hüseynov, Fəqan Şamilov, İbrahim Ağakişiyev (hamısı -90 kq), Nihad Şıxəlizadə, Şahin Əsədov və Elmar Qasımov (hamısı -100 kq) yer alıb.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək turnirə 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı mübariz aparacaq.