Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının hazırlığına başlayıb. "Olimpnews.az" Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda ilk məşqlərə qrosmeyster, FIDE məşqçisi Mixail Brodskiy rəhbərlik edir.
Qeyd edək ki, Mixail Brodskiy uzun müddət qadınlardan ibarət Ukrayna komandasının məşqçisi olub. Onun məşqçisi olduğu Ukrayna millisi komandalar arasında dünya və Avropa çempionatının qızıl medalını qazanıb, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalına layiq görülüb.
Qadın şahmatçılarımız Avropa çempionatına hazırlaşırlar

