Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
"Olimpnews.az" xəbər verir ki, yarışda Azərbaycan komandası üç çəki dərəcəsində üç qadın cüdoçu ilə təmsil olunur. Təmsilçilərimizin hər üçü turnirin ilk günündə mübarizəyə başlayacaqlar.
Cüdoçularımızdan -48 kq çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva 1/16 finalda Kyonxa Li (Cənubi Koreya) ilə qarşılaşacaq. Millimizin digər üzvlərindən Gültac Məmmədəliyeva (-52 kq) da yarışa 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə fransalı Lea Beresi mübarizədən kənarlaşdırmağa çalışacaq. Gənclər arasında Avropa çempionumuz Fidan Əlizadə (-57 kq) isə 1/16 finalda türkmənistanlı Medine Orazniyazova ilə üz-üzə gələcək.
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
