Dünya çempionu saxta adla yarışdı

Dünya çempionu saxta adla yarışdı

Formula 1 üzrə hazırkı dünya çempionu, "Red Bull"un komandasının pilotu Maks Ferstappen Nürburqrinq trekində GT3 avtomobilini sınaqdan keçirib.

"Olimpnews.az" “Auto Motor und Sport”un məlumatına istinadla xəbər verir ki, Ferstappenin bu testi “gizli” qalmalı idi. Buna görə də o, “Franz Hermann” təxəllüsü ilə yarışıb. Lakin Ferstappenin adının dəbilqəsinin və yarış kostyumunun üzərində yazılması diqqətdən qaçmayıb.