Bakı şəhər birinciliyində 16 yaşınadək oğlanlar yarışıblar

Bakı şəhər birinciliyində 16 yaşınadək oğlanlar yarışıblar

Respublika Şahmat Mərkəzində keçirilən 1998-1999-cu illər təvəllüdlü (16 yaşınadək) oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən yarışda 24 idmançı iştirak edib.


Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilmiş İsveçrə sistemi üzrə yarışlar 9 turdan ibarət olub.
Yekun nəticələrə əsasən, Rüstəm Bünyatov (7,5 xal), İlkin Rəhimli (7 xal) və Qulam Məmmədov (7 xal) müvafiq olaraq ilk üç yeri tutublar. İlk üç yerin sahibləri və dördüncü yeri tutan Zaur Abbasov (7 xal) cari ilin martında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb. Qalib idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.