Beynəlxalq Avtomobil Federasiyası (FIA) öz idman məcəlləsində dəyişikliklər edib.
Olimpnews.az xəbər verir ki, düzəlişə görə yarış iştirakçılarının nalayiq ifadələrdən istifadəsinə görə tətbiq olunan cərimələrin məbləği iki dəfə azalıb. Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, cərimələr 10 min avrodan 5 min avroya qədər endirilib.