Atletimiz Daşkənddə bürünc medal qazandı 

Atletimiz Daşkənddə bürünc medal qazandı 

Atletika üzrə milli komandamızın üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli UNG Meeting yarışında uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, atletimiz 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib. O, bu göstərici ilə yarışın bürünc medalına sahib çıxıb.