Formula 1 rəhbərliyi çap şirkəti kimi fəaliyyət göstərən “E&B Wholesalers”i 2023-cü ildə Las Veqas Qran Prisi ərəfəsində saxta məhsullar satdığına görə məhkəməyə verib. Olimpnews.az “Las Vegas Review” jurnalına istinadən xəbər verir ki, Formula 1 şirkəti ticarət nişanının pozulmasında və məhsulun saxtalaşdırılmasında ittiham edir. Belə ki, onlar köynək və kapüşon da daxil olmaqla 516 saxta Formula 1 məhsulu istehsal ediblər. Məhkəmə iddiası iddiası rəsmi olaraq 2025-ci il mayın 13-də qaldırılıb.
Formula 1 çap şirkətini saxtakarlıqda iddiham edir
