Yeddiqat Formula 1 çempionu Lyuis Hemilton yaşlı buldoq cinsli iti “Rosko”nun səhhətinə görə çox narahatdır. "Onun artıq 12 yaşı var. Ona görə də artıq qocalıb. Bir müddət sətəlcəmdən əziyyət çəkirdi. Ona qulluq edən qadından hər dəfə mesaj alanda ürəyim döyünür”, - deyə Hemilton sosial şəbəkə hesabında paylaşım edib. Qeyd olunur ki, “Rosko” pilotun “Mercedes”lə keçirdiyi altı çempionat ərzində britaniyalını müşayiət edib.
Hemilton itinə görə çox narahatdır
