Fevralın 8-dən 9-dək Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək.
Yarışda Azərbaycan milli komandası da iştirak edəcək. Milli komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Alimli (81 kq) və Elmar Qasımov (100 kq) yer alıblar.