İtaliyada Formula 1 üzrə Emiliya-Romano Qran Prisində tamaşaçı kimi iştirak edən məşhurlar arasında braziliyalı Ronaldo da yer alıb. O, yerli mətbuata müsahibə verərək, yenidən İtaliyada olmaqdan məmnunluğunu bildirib. “İtaliya mənim üçün doğma bir yerdir. Altı il “İnter”in, iki il isə “Milan”ın formasını geyinmişəm. Yenidən buraya qayıtmaq mənə həmin günləri xatırlatdı. Düzünü desəm, Formula 1 futboldan geri qalmır. Amma futbol qədər həyəcanlı deyil”, - deyə braziliyalı ulduz qeyd edib.
“Formula 1 futboldan geri qalmır. Amma futbol qədər həyəcanlı deyil”
