Beynəlxalq ustanın “Fəcr Open” qələbəsi

Beynəlxalq ustanın “Fəcr Open” qələbəsi


Yanvarın 30-da İranın Məşhəd şəhərində start götürən 22-ci "Fəcr Open” beynəlxalq şahmat festivalı fevralın 5-də başa çatıb. Festivalda Azərbaycan, Gürcüstan, İran, Ermənistan, Əfqanıstan, İraq və digər ölkələrdən 182 şahmatçı qələbə uğrunda mübarizə aparıb. Ölkəmizi bu festivalda beynəlxalq qrossmeyster Vüqar Rəsulov, beynəlxalq usta Misrətdin İsgəndərov, Qara Balacayev, Mələk İsmayıl və Fərid Əkbərov təmsil ediblər.
İsveçrə sistemi ilə keçirilən 9 turdan ibarət festivalın A qrupunda mübarizə aparan təmsilçilərimizdən Misrətdin İsgəndərov aktivinə 6,5 xal yazaraq 2-4-cü yerləri bölüşdürüb. Həmyerlimiz əlavə göstəricilərinə görə beynəlxalq turnirin bürünc mükafatçısı adına layiq görülüb. A qrupunda mübarizə aparan digər şahmatçımız Vüqar Rəsulov isə 5,5 xalla 12-ci yeri tutub.
B qrupunda mübarizə aparan təmsilçilərimizdən Mələk İsmayıl 5,5 xalla 21-ci, Qara Balacayev 5 xalla 27-ci yerə layiq görülüb. C qrupunda iştirak edən Fərid Ələkbərov isə aktivinə 4,5 xal yazdıra bilib.
Aktivinə 7 xal yazdıran İran şahmatçısı Masoud Mosadehpour yarışın qalibi adını qazanıb.