Astarada “28 May Müstəqillik Günü” münasibətilə həndbol idman növü üzrə rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 5 məktəb komandası Olimpiya sistemi ilə bir-birini sınağa çəkib. Gərgin mübarizədə bütün rəqiblərdən güclü olan Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəbin komandası birinci yeri tutub. Şəhər 2 saylı tam orta məktəbin komandası II və Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbin komandası III yerləri qazanıblar. Komandalar baş hakim 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Rəşad Əliyevin baş hakimliyi ilə mübarizə aparıblar. Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi sayəsində təşkil olunub.