Əməkhaqqı sistemi DƏYİŞİR – Maaşlarla bağlı YENİLİK
Olimpizm xəbərləri
21.05.2025, 00:36
Son zamanlar saatlıq əməkhaqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid olacağı gözlənilir.Bəs, saatlıq əməkhaqqını zəruri edən səbəblər hansılardır? Olimpnews.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır:“Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Amma hər kəs kimi belə qadınların da işə, pula ehtiyacı var. Başqa bir nümunə: Təkbaşına 3 uşağa baxan işçi üçün standart 9:00–18:00 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əməkhaqqı sisteminin tətbiqi vacibdir.Bu sistem, xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əməkhaqqı tətbiqinə imkan verəcək.Əmək müqaviləsində saatlıq əməkhaqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əməkhaqqı səviyyəsi müəyyən olunacaq, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əməkhaqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq.Mövsümi işlərdə, qısamüddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşəgötürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əməkhaqqı təyin etmək qeyri-real olur. Saatlıq əməkhaqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir".Müsahibimiz əlavə edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır:“Sirr deyil ki, yeniyetmə və gənclər müxtəlif ticarət və iaşə obyektlərində çalışırlar. Onlar üçün tətbiq edilən iş saatı ümumi iş saatından çox zaman az olur. Amma qanunvericilkdəki boşluq imkan verir ki, işəgötürən belə işçilərə daha az əmək haqqı müəyyən etsin. Əmək Məcəlləsinə edilən dəyişiklik bu boşluğu da aradan qaldıracaq. Saatamuz çalışan insanlar daha yaxşı əmək haqqı alacaqlar”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol