Tayland Formula 1 üzrə dünya çempionatın mərhələ yarışına ev sahibliyi edə bilər. "Biz rotasiya üçün iki-üç yer saxlamaq istəyirik. Bununla da çempionata ev sahibliyi edən ölkələrin sayını artırmaq niyyətindəyik. Hazırki müqavilələrimizin əksəriyyəti uzunmüddətlidir. İstərdik ki, Tayland da bizə qoşulsun. Ümid edirəm ki, bu, 2028-ci il üçün mümkün olacaq", - deyə "New York Times" baş direktor Stefano Domenikalidən sitat gətirib.
Üç ildən sonra Taylanddan da bolid səsi gələ bilər
