Milan və Kortina d Ampezzo-2026 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışlarda işləmək üçün qəbul kampaniyasına start verib.
Olimpnews.az oyunların rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 4500 vakant yer var. Bundan başqa 3 min iş yeri Olimpiya infrastrukturuna xidmət göstərən şirkətlər tərəfindən yaradılıb. Bildirilir ki, Milanda 2600, Kortina d Ampezzo və Anterselvada 1000, Valtellinada 500 və Val di Fiemmedə daha 460 nəfər işçiyə ehtiyac var.
Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək keçiriləcək.