Soçidə XXII Qış Olimpiadasının təntənəli açılışı keçiriləcək

Soçidə XXII Qış Olimpiadasının təntənəli açılışı keçiriləcək


Soçidə XXII Qış Olimpiadasının təntənəli açılış mərasimi olacaq. Tədbir "Fişt” stadionunda Moskva vaxtı ilə saat 20:14-da keçiriləcək.
Açılış mərasimi Olimpiya stadionunda məşəlin alovlandırılması, beş rəngli həlqələr təsvir edilən Olimpiya bayrağının yüksəldilməsi ilə müşayiət olunacaq.
Qeyd edək ki, olimpiadanın açılış mərasimi ilə bağlı bəzi məqamlar gizli saxlanılır.
Olimpiya ənənəsinə görə, əsas təqdimat mərasiminin ardınca bütün iştirakçı ölkələrin idmançılarının təntənəli keçidi olacaq. Olimpiya məşəlini alovlandıracaq idmançının adı da gizli saxlanılır.

Soçi Qış Olimpiya oyunlarında dünyanın 88 ölkəsindən idmançılar iştirak edəcəklər. Bu ölkələr sırasında Timor, Zimbabve, Malta, Paraqvay, Toqo, Tanqo kimi Cənub ölkələri də var.
Olimpiadanın açılışında 44 dövlət başçısı iştirak edəcək. Onlardan bəzilərinin Rusiya rəhbərliyi ilə də görüşləri olacaq. Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənilir. Olimpiadada ümumulikdə 15 idman növü üzrə 98 medal uğrunda mübarizə aparılacaq. Soçi Qış Olimpiya oyunlarının rəmzi bəbir, ağ ayı və dovşan olacaq. Olimpiadanın bağlanış mərasimi 23 fevral 2014-cü il tarixində keçiriləcək.