Fərid Qayıbov COP9 Bürosunun beşinci rəsmi iclasında iştirak edib

Fərid Qayıbov COP9 Bürosunun beşinci rəsmi iclasında iştirak edib

Mayın 21-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında keçirilən İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransının (COP9) Bürosunun beşinci rəsmi iclasında iştirak edib.
Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Bu gün isə Büro üzvləri təmsil etdikləri regional qrupların nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Nazir Fərid Qayıbov Büroda təmsil etdiyi Mərkəzi və Şərqi Avropa ölkələri qrupunun (Qrup II) nümayəndələri ilə görüşüb.
 

Fərid Qayıbov COP9 Bürosunun beşinci rəsmi iclasında iştirak edib