"Yankilər" 65 ildən sonra yenidən çempion oldular

"Yankilər" 65 ildən sonra yenidən çempion oldular

Hokkey üzrə ABŞ yığma komandası 65 ildən sonra yenidən dünya çempionu olub.

Olimpnews.az xəbər verir ki, amerikalılar İsveç və Danimarkada təşkil olunan yarışın finalında İsveçrə millisini minimal hesabla məğlub edib - 1:0. Oyunda həlledici topu əlavə vaxtda Teyc Tompson vurub. Ev sahiblərinin qarşılaşmasında İsveç yığması danimarkalı rəqiblərindən üstün olublar - 6:2. Çempionatın bombardiri 15 (6+9) xal toplayan çexiyalı David Pastrnak seçilib.

Məlumat üçün bildirək ki, ABŞ millisini hokkey yarışlarında sonuncu qələbəsi 1996-cı ilə təsadüf edib. "Yankilər" həmin vaxt finalda Kanada millisinə qalib gəlmişdilər.