“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika turniri keçirilib

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika turniri keçirilib

Yardımlı İdman Kompleksində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yeniyetmə və gənclər arasında atletika üzrə rayon turniri keçirilib. 

Olimpnews.az xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.  

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarına layiq görülüblər.