Fransanın “Alpine” komandası bu brendin 70 illik yubileyi münasibətilə xüsusi loqo tərtib edib. Komanda yubileyi mayın 30-dan iyunun 1-dək Barselonada keçiriləcək İspaniya Qran Prisində qeyd edəcək. Yarışda fransalı Pyer Qasli və argentinalı Franko Kolapinto yubileyə həsr olunmuş xüsusi kombinezonlarda sükan arxasına keçəcəklər.
Məlumat üçün bildirək ki, yarış və idman avtomobilləri istehsalçısı olan “Alpine” 1955-ci ildə Fransada Jan Redele tərəfindən təsis edilib. Bu brend 1978-ci ildən “Renault”un bir hissəsinə çevrilib.