Formula 1 yarışlarında iştirak edən "Audi" və "Haas" komandalarının əsas sponsorları ila bağlı problemlər yaranıb. Bu barədə britaniyalı avtoidman jurnalisti və ekspert Co Sayvud məlumat yayıb. "Paddokda "Audi"nin "Stake" ilə yollarını ayıracağı və neft şirkəti BP-nin yeni titul sponsoru olacağı ilə bağlı şayiələr var. "Stake" hazırda başqa yerdə yeni müqavilə tapmağa çalışır. Amma bəzi komandalar kazino ilə əlaqələrdə maraqlı deyil. "Moneygram" da Formula 1-dən ayrılması gözlənilən sponsorlardan biridir", - həmkarımız bildirib.
İki komandanın sponsor problemi yaranıb
