Norveçli şahmatçı Formula 1 yarışlarını tənqid edib

Norveçli şahmatçı Formula 1 yarışlarını tənqid edib

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen Formula 1-i hazırda mövcud olan ən darıxdırıcı idman növü hesab etdiyini bildirib.
"Formula 1 təsəvvür edə biləcəyiniz ən darıxdırıcı idman növüdür. Siz sadəcə uzun müddət dairəvi hərəkət edirsiniz. Yarış avtomobillərin sürətinə görə deyil, startına görə maraqlıdır. Azarkeşlər bu idman növündən lazımi qədər həzz ala bilmir”, - deyə Maqnus Karlsen sosial şəbəkə hesabında qeyd edib.