"Red Bull Rasinq"in pilotu Maks Verstappen Beynəlxalq Avtomobil Federasiyasının (FIA) GT sinfində yarışmaq imkanı verən platin statuslu lisenziyaya sahib olub. Bu, yarış üçün ən yüksək kateqoriya hesab olunur. Formula 1 pilotları arasında Maksdan başqa Fernando Alonso, Lando Norris (hər ikisi "McLaren"), Niko Hülkenberq ("Kick-Sauber"), Lans Stroll ("Aston Martin") və Franko Kolapinto («Alpine») da eyni nəticəni əldə ediblər.
"Racingnews365"in yaydığı xəbərə görə, Verstappenin avqustda altı saatlıq "Nordschleife" yarışında iştirak edəcəyi gözlənilir.