İspaniya Qran Prisində Formula 1 komandaları ot örtüyündə yanğınların qarşısını almaq üçün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsü ilə avtomobillərin altında polad lövhələri sınaqdan keçirəcək. Bu barədə məlumatı “The Race” saytı yayıb.
Qeyd edək ki, Formula 1-də quru otların alovlanması probleminə ilk dəfə Yaponiya mərhələsində rast gəlinib. Titan plitələrdən çıxan qığılcımlar yanğına səbəb olub.