Yeddiqat dünya çempionu olun "Ferrari" pilotu Lyuis Hemilton İspaniya Qran Prisindən sonra jurnalist Reyçel Bruksa verdiyi qısa cavablara görə üzr istəyib.
"Lyuis həmin vaxt çox narahat idi. O, indiyə qədər gördüyümüz ən yaxşılardan biridir. Gördüm, kameradan kənarda Reyçeldən üzr istədi. Bildirdi ki, həmin vaxt özündə deyildi", - deyə "Sky Sports"un şərhçisi Devid Kroft "Fast and The Curious" buraxılışında vurğulayıb.