""Mersedes" və "Ferrari" ilə rəqabət aparmaq asan olmur"

""Mersedes" və "Ferrari" ilə rəqabət aparmaq asan olmur"

"Williams"ın pilotu Karlos Saynz bildirib ki, gələn il komandanı rəqiblərlə çətin rəqabət gözləyir.

"Düşünürəm ki, gələn il daha çətin olacaq. Komandaların vəziyyəti hər yarışdan sonra dəyişir. Hər bir xırda məqam yüksəlişə və ya enişə səbəb ola bilir. "Ferrari"dəki təcrübəmə əsaslanaraq qeyd edim ki, ən yaxşı komandaları qabaqlamaq təkcə pilotun bacarığı ilə bitmir. Bu kollektiv işin məhsuludur. "Mersedes" və "Ferrari" ilə rəqabət aparmaq asan olmur. İspaniya Qran prisinə qədər bütün yarışları analiz etmişəm. Çoxlu səhvlər buraxmışıq. Hər bir səhv isə  komandanın ümumi çıxışına birbaşa təsir edir”, - Motorsport Saynzın sözlərindən sitat gətirib.