Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək

Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan İdman Akademiyasının stadionunda atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının (AAF) mətbuat xidməti məlumat yayıb.

Yarışda millinin aparıcı üzvləri də daxil olmaqla ölkənin ən güclü atletləri mübarizə aparacaq.

Gənclər və İdman Nazirliyi və AAF-ın təşkilatçılığı ilə baş tutacaq yarış dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması və Komandalararası Avropa çempionatına seçim baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan birinciliyinin açılış mərasimi iyunun 6-sı saat 16:30-da keçiriləcək.