Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Moscow Open - 2014” beynəlxalq şahmat festivalının 4-cü turunun oyunları başa çatıb.
Bu tur çərçivəsində qadınlar arasında "B” turnirində mübarizə aparan təmsilçimiz Günay Məmmədzadə Rusiya şahmatçısı, 20 yaşlı qızlar arasında dünya çempionu beynəlxalq qrossmeyster Aleksandra Qoryaçkinə qalib gələrək 4 xalla ilk 3 yeri bölüşdürür. Digər şahmatçımız Ülvi Bacarani isə sözügedən turu məğlubiyyətlə başa vurub. Onun hesabında 1 xal var.
Məktəblilərin turnirində 5-ci turun oyunları keçirilib. Doqquz yaşlı oğlanlar arasında mübarizə aparan Aydın Süleymanlı bu turda rəqibi ilə heç-heçə edərək 4 xalla 9-cu yerdədir. On bir yaşlı qızların mübarizəsində iştirak edən Azərbaycan şahmatçısı Şəbnəm Feyzullayeva da sonuncu turda rusiyalı rəqibi Yekaterina Leviçeva ilə xal bölgüsü apararaq 4 xalla 5-ci pillədədir.
Festivalın qalibləri fevralın 10-da müəyyənləşəcək.