Maks çempion olsa, Formula 1-lə vidalaşa bilər

Maks çempion olsa, Formula 1-lə vidalaşa bilər

“Red Bull”un keçmiş baş mexaniki Kalum Nikolas dördqat Formula 1 çempionu Maks Ferstappenin beşinci titulunu qazanmaq perspektivlərindən danışıb.

Olimpnews.az xəbər verir ki, o bildirib ki, beşinci qalibiyyətdən sonra Maks Formula 1-i tərk edəcək. “Məncə Maks qələbələrdən doyub. Mən artıq komandanın bir hissəsi olmasam da, Maksı dəstəkləyirəm. O beşinci çempionluqdan sonra da bizimlə qalmalıdır", - deyə GPblog Kalumdan sitat gətirib.